9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

Azərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat məbləğində azaldılması təklif olunur.

Bu, Milli Məclisə daxil olmuş “Vergi Məcəlləsində dəyişiklik edilməsi” haqqında qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər