7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Big Data” Tədqiqat Mərkəzi yaradılır

“ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Tədqiqat Mərkəzi yaradılır.


SalamNews xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev mərkəzin universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun təşəbbüsü ilə yaradıldığını bildirib, mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
Təhsil naziri Mikayıl Cabbarov mərkəzin təhsilin inkişafına töhfələr verəcəyini vurğulayıb. Bildirilib ki, layihənin icra müddəti 2016-cı il oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. “ADA” Universiteti tərəfindən həyata keçiriləcək layihənin dəyəri 410 min dollardır.
Sonra Elmi Tədqiqat Mərkəzinin yaradılmasına dair müqavilə imzalanıb. Müqaviləni “ADA” Universitetinin rektoru Hafiz Paşayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər