2023-cü ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 28.07% artıb.
Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatına istinadən xəbər verir.
Ötən ilin iyul ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 364.2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 466.4 manat təşkil edib.