Oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin (ünvanlı dövlət sosial yardım) məbləği 41.8% artıb.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Fondun məlumatına əsasən, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 270.2 manat idisə, cari ilin oktyabr ayında bu məbləğ artaraq, 383.2 manat təşkil edib.