Azərbaycan banklarının filialları və ATM sayında son bir ayda artım qeydə alınıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən xəbər verir ki, may ayında ölkədə bank filiallarının sayı 462-dən 465-ə qalxıb. Belə ki, aylıq müqayisədə 3 bank filialı açılıb.
Bank şöbələrinin sayı 102-dən 100-ə düşüb. ATM-lərin sayı isə son bir ayda 14 ədəd artmaqla 2 785 olub.