Azərbaycan banklarının filiallarının sayı artıb, bank şöbələrinin sayı isə azalıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən xəbər verir ki, aprel ayında ölkədə bank filiallarının sayı 462-yə yüksəlib. Belə ki, aylıq müqayisədə yeni 4 bank filialı açılıb.
Bank şöbələrinin sayı 105-dən 102-ə düşüb. Aylıq müqayisədə 3 şöbə bağlanıb. ATM-lərin sayı isə son bir ayda 5 ədəd artmaqla 2 770 olub.