2021-ci ilin oktyabr ayında Azərbaycanda ən çox yumurtanın qiyməti bahalaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2021-ci ilin oktyabr ayında yumurtanın qiyməti əvvəki aya nisbətən 108% təşkil edib ki, bu bir ayda 8% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda oktyabrda qida məhsulları ötən ilin oktyabr ayı ilə müqayisədə 13.4% bahalaşıb.