18 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanda bir nəfər orta hesabla ayda 407 manat xərcləyib

2022-ci ilin yanvar-noyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real
ifadədə müəssisələr üzrə 3,1 faiz, fərdi sahibkarlar üzrə 2,4 faiz, bazar və yarmarkalarda 4 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda
407,4 manatlıq, o cümlədən 229,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
178,4 manatlıq qeyri-ərzaq malları almışdır.

Son xəbərlər
Digər xəbərlər