2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat olub.
Bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisdə dəfələrlə aşağıdır:
“Təhsil xərcləri artmalıdır. Növbəti illərdə biz bunu nəzərdə tuturuq”.