6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir – SİYAHI

Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.

Banker.az bildirir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir.

Dəyişikliklə, Ağsu rayonun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Report

Son xəbərlər
Digər xəbərlər