Ötən ilin dekabr ayında real iqtisadiyyatın müxtəlif sahələrində çalışan şirkətlərin daxil olduğu “Bridge Group of Companies” MMC qeydiyyata alınıb.
“Bridge Group of Companies”-in formalaşdırılması bir qanad altında müxtəlif növ şirkətlərin inkişafının məntiqi davamıdır” deyə şirkətin korporativ internet səhifəsindəki məlumatda deyilir.
Bildirək ki, bu şirkətin 10 dekabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınmış MMC-nin nizamanmə kapitalı 3000 manatdır. Şirkətin qanuni təmsilçisi Fərid İsgəndərovdur.