21 C
Baku
Friday, September 12, 2025

Azərbaycanda bitki və kərə yağlarının istehsalı azalır, marqarin artır

2025-ci ilin yanvar-avqust aylarında qida yağlarının istehsalında illik müqayisədə fərqli istiqamətdə yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, duru bitki yağlarının istehsalı 25 643,4 ton təşkil edərək  illik 2 faiz azalıb.

Marqarin istehsalı 31 653,5 tonla 3,3 faiz artıb.

Qaymaq və xamanın istehsalı 6 723,7 ton olub və az miqdarda, 0,4 faiz artım qeydə alınıb.

Kərə yağının istehsalı isə 17 886,4 ton təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalıb.

3432423

Son xəbərlər
Digər xəbərlər