Azərbaycanda konsaltinq şirkəti fəaliyyətini dayandırıb.
Banker.az xəbər verir ki, “Enterprise Solutions Consulting Group” şirkəti ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1015 Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 30, mənzil 80 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Enterprise Solutions Consulting Group” şirkəti özəl biznes konsaltinq şirkətidir. Bu şirkət 2010-cu ildə Bakıda açılıb.
Qeyd edək ki, 24 oktyabr 2017-ci il tarixində ERP sisteminin yaradılmasının satınalınması məqsədi ilə “AzerGold” tərəfindən keçirilən açıq tenderdə “Enterprise Solutions Consulting Group” MMC qalib olub.