10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda biznes startapları üçün rəqəmsal dövlət xidmətləri genişləndiriləcək

Azərbaycanda biznes startapları üçün rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi hədəflənir.

Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

“Bu, Komissiyanın ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, əlverişliliyin artırılması üzrə prioritetlərinə daxildir. Bununla yanaşı, “Yaşıl binalar” və “Yaşıl tikinti” ilə bağlı norma və standartların hazırlanması, qəbulu, daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə elektron sistemin yaradılması, elektrik şəbəkəsinə qoşulma üzrə onlayn müraciət sisteminin əhatə dairəsinin genişləndirilməsi, su şəbəkəsinə qoşulma üzrə tələb olunan prosedurların, müddətin və xərclərin azaldılması da prioritetlər sırasındadır”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər