10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bizneslərin inam indeksləri düşüb, ikisi “mənfi” zonadadır

Azərbaycanda bizneslərin inam indeksləri düşür.

Pərakəndə ticarəti üzrə biznesin inam indeksi – Bİİ yenidən mənfi zonaya qayıdıb. İnam indeksi noyabr ayı üzrə 6.8 bənd təşkil etdiyi halda, dekabrda mənfi 0.1 bəndə düşüb.

Son üç ayda faktiki satışlar mənfi 16.5 bənd, mal ehtiyatlarının dəyişməsi 10.6 bənd, növbəti üç ayda satışlar üzrə gözləntilər 26.7  bənd, qiymət gözləntiləri isə 14.7 bənd təşkil edib.

Pərakəndə ticarətin inam indeksi dedikdə = (faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər)/3

Sənayenin inam indeksi 11.6 bənddən 8.6 bəndə qədər düşüb. Son üç ayda məhsul istehsalı 5.4 bənd( öncəki ayda: 11.1) , icraya qəbul edilmiş sifarişlər mənfi 23.7 bənd (-15.1), hazır məhsul ehtiyatı 2.1 bənd (1.9)      təşkil edib. Növbəti üç ayda isə  istehsal gözləntiləri 22.6 bənd (25.6) qiymət gözləntiləri 1.3 bənd (1.0) olmuşdur.

Sənayenin inam indeksi = (məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri)/3

Tikintinin inam indeksi 3.1 bənd olmaqla sabit qalıb.

Xidmət sektorunun inam indeksi  mənfi 0.4 bənddən mənfi 1.2 bəndə qədər azalmışdır. Burada son üç ayda biznes şəraiti üzrə indeks mənfi 5.8 bənd (öncəki ay: -4.4),  faktiki tələb mənfi 3.9 bənd (-2.5) olmuş, növbəti üç ayda isə  tələb gözləntisi müsbət 8.2 bənd (+3.3), qiymət gözləntiləri mənfi 2.1 bənd (+7.2) olmuşdur.

Xidmət sektorunun inam indeksi = (Biznes şəraiti + Faktiki tələb + Tələb gözləntisi )/3

Son xəbərlər
Digər xəbərlər