-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda biznesmen milyonluq maşını satışa çıxarıldı

Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern”in rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobil də kreditdə imiş.

İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına Azərbaycan banklarının birində 900 min dollar kredit götürülüb və Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.

Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.

Son xəbərlər
Digər xəbərlər