Nizamnamə kapitalının böyük hissəsi Dubayda qeydiyyatda olan “Practical Solutions Middle East FZ” (PSG) şirkətinə məxsus olan “PSG Finance Bank Olmayan Kredit Təşkilatı” MMC bazarda yeni adla çıxış edəcək.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Belə ki, rəhbərliyin qərarına əsasən, “PSG Finance” BOKT bundan sonra “Monetri” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq adlandırılacaq.
2013-cü ildə təsis edilmiş bu kredit təşkilatının hazırda 10 milyon manat nizamnamə kapitalı var. Nizamnamə kapitalının 75.0 faizi “Practical Solutions Middle East FZ” Şirkətinə, 12.5 faizi Faiq Məmmədova, 12.5 faizi isə “Chaparxana KFT” şirkətinə məxsusdur.
BOKT bir müddətdir ki, öz rəsmi internet və ya sosial şəbəkələrdəki adlarının fəaliyətini dayandırmışdı. Bununla belə, BOKT rəsmi olaraq bir çox dövlət uçotlarına dair reyestrlərdə köhnə adı ilə fəaliyyət göstərir.
“Monteri” BOKT 2023-cü ili 1 mln. 702 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 951 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il BOKT-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 831 min manat və ya 6% artaraq 31 dekabr 2023-cü il tarixində 14 milyon 478 min manata çatıb.
“PSG Group”a daxil olan digər törəmə şirkət “PSG-Kapital İnvestisiya Şirkəti” ASC isə hələ ki, belə bir addım atmayıb.