18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC-nin sahibi dəyişib.

Banker.az xəbər verir ki, BOKT-nin 2023-cü ilə qədər sahibi olan Ülviyyə Sadıqova Adil qızı 100%-lik payını digər şəxsə satıb. Həmin tarixə qədər BOKT-nin 300 min manat nizamnamə kapitalı vardı.

Yeni səhmdar isə Elçin Bağırov Hüseyn oğludur. O BOKT-nin 300 min manatlıq kapitalını satın almaqla paralel, sonradan 100 min manat da kapitala əlavə edərək BOKT-nin bu mövqeyini bir qədər gücləndirib.

Bununla belə, Ülviyyə Sadıqova əvvəlki kimi Müşahidə Şurasının sədr müavini kimi vəzifəsini davam etdirəcək. M.Ş.-nın sədri Elvin Yolçiyevdir.

“ASET Maliyyə Texnologiyaları” 2017-ci ilin oktyabr ayında, təsis edilib. BOKT əsasən texnoloji sektoru və eləcə də FinTex-i maliyyələşdirməkdədir.

Son xəbərlər
Digər xəbərlər