8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda BOKT-lar 300-ə yaxın nəfəri işçi heyətinə qatıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2022-ci ilin dekabrın 31-nə 2 859 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2021-ci il ilə müayisədə BOKT işçilərinin sayı 296 nəfər və ya 12% artıb. Belə ki, 2021-ci ildə BOKT-larda çalışan işçilərin sayı 2 563 nəfər olub.

Ötən ilin sentyabr ayında BOKT işçilərinin sayı 2 727 nəfər olub. 3 ayda BOKT-lar işçilərinin sayını 132 nəfər artırıb.

Bu dövrdə BOKT-filiallarının sayı  isə 287 ədəd olub. 31 dekabrda 2021-ci il tarixində isə BOKT-ların sayı 266 ədəd olub ki, bu da illik müqayisədə 21 yeni BOKT filialının açılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər