18 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda BOKT-lar 9 ayda 220 nəfəri işçi heyətinə qatıb

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2024-cü ilin sentyabr ayının 30-na 3 509 nəfər olub.

Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2023-cü il ilə müqayisədə BOKT işçilərinin sayı 340 nəfər və ya 11% artıb. Belə ki, ötən ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 3 169 nəfər olub.

Ötən ilin dekabr ayının sonunda BOKT işçilərinin sayı 3289 nəfər olub. 9 ayda BOKT-lar işçilərinin sayını 220 nəfər artırıb.

Bu dövrdə BOKT filiallarının sayı isə 302 ədəd olub. Ötən ilin müvafiq dövründə isə BOKT-ların sayı 283 ədəd olub ki, bu da illik müqayisədə 19 BOKT filialının açılması deməkdir.

Son xəbərlər
Digər xəbərlər