12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda BOKT-lar filiallarının sayını artırırlar

Azərbaycanda BOKT filiallarının sayı artmaqda davam edir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin sentyabr ayında BOKT-filiallarının sayı 245 ədəd olub. 30 sentyabr 2019-cu il tarixində isə bank olmayan kredit təşkilatlarının sayı 228 təşkil edib ki, bu da bir ildə 17 yeni BOKT filialının açılması deməkdir.

Onu da qeyd edək ki, bu ilin iyun ayında isə filialların sayı 231 olub. Belə ki, 3 ay ərzində 14 BOKT filialı açılıb.

Bildirək ki, Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 10,5 milyon manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər
Digər xəbərlər