Azərbaycanda BOKT filiallarının sayı artmaqda davam edir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin mart ayında BOKT-filiallarının sayı 232 ədəd olub. 31 dekabr 2019-cu il tarixində isə bank olmayan kredit təşkilatlarının sayı 228 təşkil edib ki, bu da 3 ayda 4 yeni BOKT filialının açılması deməkdir.
Onu da qeyd edək ki, ötən ilin sentyabr ayında isə filialların sayı 207 olub. Belə ki, 6 ay ərzində 25 BOKT filialı açılıb.
Bildirək ki, Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 6 milyon manat xalis mənfəətlə başa vurub.







