“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı iki dəfə artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 5 milyon və ya 100 faiz artımla 10 milyon manata qaldırılıb.
Xatırladaq ki, “Caspian Finance BOKT” MMC 2022-ci ildə təsis edilib və 10 milyon manat nizamnamə kapitalına sahibdir. BOKT-nin nizamnamə kapitalının 90 faizi Bənövşə Məmmədova, 5 faizi Məntiq Şahbazova və 5 faizi isə Ziyafət İsgəndərova məxsusdur.