-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycanda BOKT-nin rəhbərliyi tam şəkildə dəyişdirilir

“Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC-nin (əvvəlki: PSG Finance BOKT) rəhbər heyəti tamamilə dəyişdirilib və BOKT kollegial idarəetmə sisteminə keçid edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Abul Axundov Nəriman oğlu BOKT-nin Müşahidə Şurasına sədr seçilib. Ona qədər bu vəzifədə Babək Orucov Nəcəfqulu oğlu idi. Abul Axundov Müşahidə Şurasının üzvü və Audit Komitəsinin sədri idi.

Tural Eyvazlı Azad oğlu və Yusif Abdullayev Təyyar oğlu Müşahidə Şurasına üzv seçiliblər. İndiyə qədər Müşahidə Şurasının üzvü olan Yusif Abdullayev həmçinin Audit Komitəsinin sədri olacaq.

Digər vacib məqam isə BOKT-nin təkbaşına icra orqanını İdarə Heyəti ilə əvəzləməsidir. Elxan Muradlı Rafiq oğlu İdarə Heyətinə sədrlik edəcək, Xəyalə Salmanova Əlisgəndər qızı, eləcə də indiyə qədər direktor olan İsmayılov Nofəl Cavanşir oğlu İdarə heyətinin üzvləri olacaqlar.

BOKT 2024-cü ilin avqustuna qədər “PSG Finans” BOKT kimi çıxış edib və bütün bu dəyişmələr rebrendinqdən sonra baş verib. Şirkət “PSG” investisiya və lizinq kimi maliyyə xidmətlərini özündə birləşdirən şirkətlər qrupuna daxildir.

BOKT-nin nizamnamə kapitalı 10 milyon manat təşkil edir və sonuncu dəfə 2021-ci ildə 6.8 milyon manatdan bu həddə gətirilib çıxarılıb. Təşkilatın səhmlərinin 75.0%–i Dubayda qeydiyyatda olan “Practical Solutions Middle East Fz” Şirkətinə, 12.5%–i Faiq Məmmədova, 12.5%–i isə “Chaparxana Kft” Şirkətinə məxsusdur.

“Monteri” BOKT 2023-cü ili 1 mln. 702 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili isə 951 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il BOKT-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 831 min manat və ya 6% artaraq 31 dekabr 2023-cü il tarixində 14 milyon 478 min manata çatıb.

Bununla belə, bazarda PSG brendində hazırda qalan “PSG Kapital İnvestisiya Şirkəti” ASC qalmaqdadır.

Son xəbərlər
Digər xəbərlər