17 C
Baku
Wednesday, September 24, 2025

Azərbaycanda BOKT-nin səhmləri satın alınıb – Yeni səhmdar açıqlandı

“Azkredit Bank Olmayan Kredit Təşkilatı” ASC-də cari ilin əvvəlində həyata keçirilən nizamnamə kapitalının artırılması nəticəsində səhmdarlıq strukturunda dəyişiklik baş verib.

Banker.az əldə etdiyi rəsmi sənədlərə görə, əvvəlcə “Azkredit BOKT”un yeganə səhmdarı Məmmədov Mahir İsmayıl oğlu olub və onun payı 3 min ədəd, hər biri 100 manat nominal dəyərində səhm əsasında 100 faiz təşkil edib.

Lakin 10 aprel 2024-cü il tarixindən sonra yeni buraxılan 3 min ədəd, nominal dəyəri 100 manat olan səhm hesabına ümumi nizamnamə kapitalı 600 min manata yüksəlib. Bunun nəticəsində səhmdar dəyişib və bütün səhmlərin sahibi Əsgərov Qurban Nəcəf oğlu olub. Ona məxsus 6 min ədəd adi, adlı, sənədsiz səhmin ümumi dəyəri 600 min manat təşkil edir ki, bu da BOKT-nin nizamnamə kapitalının 100 faizinə bərabərdir.

“Azkredit” 2019-cu ildə yaradılıb. BOKT-nin 2024-cü ili 1.148 milyon manat xalis mənfəətlə başa vurub ki, bu, 2023-cü illə müqayisədə 11.7 % çoxdur.

Bu il yanvarın 1-nə “Azkredit”in aktivləri 3.198 milyon manat olub ki, bu da illik müqayisədə 55% çoxdur. Bunun 2.377 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 27.3 % böyüyüb. Hesabat dövründə “Azkredit”in öhdəlikləri 1.4 % azalaraq 829 min manata düşüb, balans kapitalı isə 93.9 % artaraq 2.369 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər