9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda BOKT-un rəhbəri dəyişdi

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Qasım Babayev Aftandil oğlu BOKT-un baş direktoru vəzifəsindən ayrılıb. Onu bu vəzifədə Mansur Talıblı Qoşqar oğlu əvəz edib.

Mansur Talıblı 2020-ci ilin noyabrında “Azmikroinvest” BOKT-a hüquqşünas kimi gəlib.

O, buna qədər “MuğanBank” ASC-də çalışmışdı.

Qeyd edək ki, “Azmikroinvest” BOKT 2014-cü ildə yaradılıb, 1.5 milyon nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i İlqar Əhmədzadəyə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər