“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.
Banker.az xəbər verir ki, Mansur Talıblı Qoşqar oğlu “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatından ayrılıb.
Onun yerinə hələ təyinat olmayıb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1.65 milyon manatdır. BOKT-nin təsisçisi 100% İlqar Əhmədzadədir.