13 C
Baku
Monday, January 12, 2026

Azərbaycanda borclar səbəbindən tikinti şirkəti müflisləşir

Bakı Kommersiya Məhkəməsində borclu “1ST Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin  (hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24) barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilmişdir.

Banker.az xəbər verir ki, məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə, saat 10:55-ə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcəkdir.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.

Məlumata görə, şirkət 20020 AZN nizamnamə kapitalı ilə fəaliyyət göstərir. 13 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Ayaz Namazov Nizami oğludur. Şirkətin dövlətə vergi borcu 469 990.28 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər