Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 646 nikah və 8 862 boşanma halları qeydə alınıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründəki nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.7% artıb, boşanmaların sayı isə 8.6% azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində nikahların sayı 30 289, boşanmaların sayı isə 9 692 idi.