13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda böyük badam və zeytun bağları salan şirkət cərimələnib

Azərbaycanda badam və zeytun bağları salan “Grand-Agro” MMC şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Grand-Agro” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 23 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə Elməddin Hüseynov hakim təyin edilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Grand-Agro” 2017-ci ilin yanvarında yaradılıb və Bakı şəhərində badam və zeytun bağları salıb.

Ramana qəsəbəsində 38 hektar ərazidə, Hövsanda 156 hektar ərazidə Ferraduel, Ferragnes, Marta, Penta, Mardia, Soleta, Guara, Belona, Avijor badam sortlarından ibrət intensiv bağlar salıb.

Eləcə də, Xəzər r-nun Qala qəsəbəsində Bakı zeytun sortları və Picual zeytun sortu olan bağlar yaradıb.

“Grand-Agro”nun nizamnamə kapitalı beləliklə 41.71 mln. manata çatdırılıb.

 

Son xəbərlər
Digər xəbərlər