Azərbaycan bankların portfelində kiçik və orta biznesə verilən kreditlərin payı azalmaqda davam edir.
Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın oktyabr üzrə statistik məlumatları deməyə əsas verir.
Bankların biznes kreditlərinin həcmi 2024-cü il ərzində 16 faiz artaraq 14 milyard 628.1 milyon manata yüksəlib.
İri sahibkarlığa verilən kreditlərin həcmi 32 faiz artaraq 8 milyard 236.3 milyon manata yüksələrkən, orta sahibkarlığa verilən kreditlər 16 faiz azalaraq 3 mlrd. 24.1 mln. manata, 0.5 faiz azalaraq 1 mlrd. 795.1 mln. manata və mikro sahibkarlığa verilən kreditlər isə 15 faiz artaraq 1 mlrd. 572.6 mln. manata yüksəlib.