16 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanda bu avtomobillərə tələbat artıb

Azərbaycanda mühərrik gücü 2.4 m3-dək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, həmin avtomobillərin qiymətində 4 faiz artım qeydə alınıb.

Yeni istehsal olunan hibrid avtomobillərin qiyməti 7 faiz azalsa da, istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5 faizə yaxın qiymət artımı müşahidə olunub.

Mühərrik gücü yüksək olan və daha Avro-5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətləri 3.5 faiz aşağı düşüb. Ay ərzində həmin avtomobillərə tələbin azalması müşahidə olunub.

Mənbətrend.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər