Azərbaycanda avqust ayında avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 30 min manatadək olan avtomobillərin qiyməti 4 faiz bahalaşıb.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub. Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə alınmayıb.