9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda bu avtomobillər və ehtiyat hissələri kəskin bahalaşdı

Baş nazirin 29 mart tarixində imzaladığı qərarla zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bu qərar 29 aprel tarixindən qüvvəyə minib.
Hökumətin bu qərarı avtomobil bazarında ajiotaja səbəb olub. Nəticədə köhnə avtomobillər və onların ehtiyat hissələri sürətlə bahalaşmağa başlayıb.
Avtomobil satışı ilə məşğul olan şəxslərin bildirdiyinə görə, yaşı 10 ildən çox olan avtomobillərin qiyməti 5-10% bahalaşıb. Satıcılar növbəti aylarda qiymətin daha da bahalaşacağını bildiriblər.
2004-2005-ci il istehsalı olan Rusiya avtomobilləri hazırda bazarda 6 min manata təklif olunur. Halbuki, onların qiyməti ötən il 4 min manat civarında idi. Deməli, son vaxtlar köhnə avtomobillərin qiyməti ən azı 50 faiz bahalaşıb.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da son həftələrdə köhnə avtomobillərin qiymətinin bahalaşdığını bildirib:
“Maraqlıdır ki, köhnə avtomobillərlə yanaşı, onların ehtiyat hissəsinə olan tələbat da çoxalıb. Artan təlabat təbii ki, qiymətlərin də yüksəlməsinə səbəb olub. Məsələn, təkcə mart ayında köhnə avtomobillərin ehtiyat hissələrinin qiyməti 10 faizədək qalxıb. Qiymət artımı təbii ki, aprel ayında da davam edib.
Biz proqnozlaşdırmışdıq ki, köhnə avtomobillər may ayının 15-dən sonra bahalaşacaq. Lakin bahalaşma daha tez baş verdi.
Bu bahalaşmanı sürətləndirən amillər var. Səbəblərdən biri Gürcüstanın Poti limanından ölkəmizə avtomobil daşınmalarını həyata keçirən şirkətlərin qiymətləri təxminən 50% civarında bahalaşdırmasıdır. Bu hal ölkəmizə idxal olunan köhnə avtomobillərin qiymətlərinin artmasına səbəb olub”.
Son xəbərlər
Digər xəbərlər