8 C
Baku
Wednesday, January 7, 2026

Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

“Ekoloji təmiz nəqliyyat vasitələri – hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq olunan güzəştlər artıq yanvar ayından bitib və bu güzəştlərdən sonra ölkədə avtomobil bazarında qiymətlərdə artım qeydə alınıb”.

Bu sözləri  Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, əvvəllər mövcud olan güzəşt məbləği hazırda avtomobillərin qiymətlərinin üzərinə gəldiyi üçün artımlar hiss olunur:

“Qiymətlərin bahalaşması rəsmi və ya qeyri-rəsmi dilerlərlə müşahidə edilir. Lakin rəsmi dilerlərdə əlavə süni qiymət artımı yoxdur. Sadəcə tətbiq edilən güzəştin bitməsi və həmin məbləğ dəyərində artım var. Amma avtomobil satışı ilə məşğul olan digər şəxslər ötən ilin dekabrdan qiymətləri qaldırıblar. Bu isə sözsüz ki, süni qiymət artımı sayılırdı. Ümumiyyətlə, qiymət artımları istehsalçı zavodlarda qiymətlər artanda və logistika xərclərində artım olanda baş verir.

Digər tərəfdən çökmüş ikinci əl avtomobil bazarında da maşınların qiymətlərinin qalxmasını müşahidə edirik. Hansı ki, ötən il həmin avtomobillərin dəyəri 35-40 faiz ə qədər aşağı düşmüşdü.

Artıq ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin bitməsi, Çindən alınan avtomobillərlə bağlı yaranan 6 ay məsələsi və yaşı yeddidən yuxarı olan avtomobillərin ölkəmizə gətirilərkən akzis vergisinin dərəcəsinin artırılması ikinci əl maşınların da yenidən bahalaşmasına səbəb olub”.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər