25 C
Baku
Monday, September 8, 2025

Azərbaycanda bu avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunur

Mexaniki sürətlər qutusuna malik avtomobil sürənlərin sayı azalır…

Özü də bu təkcə ölkəmizdə yox, dünyada da belədir. Almaniya, Böyük Britaniya, Fransada 2001-ci ildə satılan maşınların 91 %-nin sürətlər qutusu mexaniki olub. Ötən il isə bu göstərici 29 % təşkil edib.

Ölkəmizdə bu avtomobillərə marağın azalması qiymətlərə də təsir. Sürücülər belə maşınlara tələbatın daha çox Bakıda azaldığını bildirirlər. Rayonlarda isə tıxac az olduğundan belə maşınları alanlar hələ də var.

Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, son illər belə avtomobillərin ölkəyə idxalı kəskin azalıb.

Ekspert onu da əlavə etdi ki, avtomat sürətlər qutulu avtomobillə mexaniki sürətlər qutusuna malik avtomobilin qiymət fərqi maşının markasına və ilinə görə dəyişir.

Son xəbərlər
Digər xəbərlər