Azərbaycanda bu bank aktivlərini 17% artırıb

“Bank VTB (Azərbaycan)” ASC fəaliyyətinin bütün əsas istiqamətləri üzrə müsbət dinamika nümayiş etdirib.

Bankdan verilən məlumata görə, 1 sentyabr 2017-ci il tarixinə bankın aktivləri 443,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17% çoxdur.

Kredit portfeli 9% artaraq 377,3 mln. manat təşkil edib. Kredit portfelinin əsas hissəsi – 60%-dən çoxu biznes-kreditlərinin payına düşüb. Kredit portfelinin belə strukturu bankın korporativ istiqamətin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dəstəyin artırılması üzrə yeni strategiyasına uyğundur.

Hesabat dövrü ərzində bankın depozit portfeli üzrə 37% artım olub və bu, müştərilərin banka olan etibarının göstəricisidir.e1fde37bcb5a7fb4ec7adb9e81afa822

Yaxın perspektivdə “Bank VTB (Azərbaycan)” yerli sahibkarlar üçün əsas tərəfdaş banka çevrilmək niyyətindədir. Bunun üçün bankın yeni komandası formalaşır, yeni xidmət paketi hazırlanır və faktorinq, dokumentar, hesablaşma-kassa əməliyyatlarının tətbiqi üzrə iş aparılır.

“Bank VTB (Azərbaycan)” ASC-nin məcmu kapitalı tənzimləyicinin minimal tələbinə tam cavab verir.

HƏMÇİNİN BAX: Kredit verilən zaman komunal borclar yoxlanılacaq

“Yaxın perspektivdə biz Rusiya ilə əlaqəli biznesi olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmağı planlaşdırırıq. Bu məqsədlə biz iqtisadiyyatın real sektoru, istehsalat, kənd təsərrüfatı və Rusiyaya məhsulların ixracı kimi sahələri maliyyələşdirmək və inkişaf etdirmək niyyətindəyik”, – deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

APA

Son xəbərlər
Digər xəbərlər