6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bu Banka kənar auditor təyin ediləcək

Unibank” ASC-nin səhmdarlarının sabah saat 15:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə daha bir məsələ əlavə edib. 

Söhbət “Unibank”a kənar auditorun təyin edilməsindən gedir. Bundan başqa, səhmdarlar əvvəlcədən elan olunduğu kimi Bankın İdarə Heyətinə sədr müavininin təyin edilməsi məsələsini də müzakirə edəcəklər.

Yığıncaq kredit təşkilatının Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən möcvud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhmi var. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Bu barədə “Report” Banka istinadən xəbər yayıb.

Son xəbərlər
Digər xəbərlər