14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda bu bankın binası hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sifarişi ilə 6 iyul tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə açıq hərrac keçiriləcək.

Fonddan Banker.az-a verilən məlumata görə, hərraca ƏSF-in ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaq.

Daşınmaz əmlak, Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında 0.19 ha torpaq sahəsində yerləşən (ü/s 9624,7 kv.m) qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 20 mln. manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər