AMB və Neft Fondunun keçirdiyi valyuta hərracında dolların bahalaşmasından sonra banklarda bir neçəsi dolların satış qiymətini kəskin bahalaşdırıb.
Banker.az-ın araşdırmasına görə bu banklardan biri “Yapi Kredi Bank”dır. Belə ki, Bank dolları 1.6678 manata alaraq, 1.8807 manata satır.
Eləcədə siyahıya “Bank of Baku”(Alış:1.8000, Satış: 1.8700) və “Turan Bank”ı (Alış: 1.7867, Satış: 1.8700) əlavə etmək olar.
| Bankın adı | USD Alış | USD Satış |
| Yapı Kredi Bank Azərbaycan | 1.6678 | 1.8807 |
| Ziraat Bank Azərbaycan | 1.7900 | 1.8800 |
| AtaBank | 1.7900 | 1.8750 |
| Paşa Bank | 1.7800 | 1.8750 |
| Bank Respublika | Alış yoxdur | 1.8720 |
| Azərbaycan Beynəlxalq Bankı | 1.7742 | 1.8705 |
| TuranBank | 1.7867 | 1.8700 |
| Bank of Baku | 1.8000 | 1.8700 |
| Azərbaycan Sənaye Bankı | 1.8200 | 1.8700 |
| Rabitəbank | 1.8000 | 1.8600 |
| AFB Bank | 1.7860 | 1.8600 |
| Xalq Bank | 1.7742 | 1.8600 |
| Unibank | 1.7742 | 1.8500 |
Xatırladaq ki, bu gün Mərkəzi Bankın 4 %-lik marjanın ləğvi ilə bağlı banklara ünvanladığı rəsmi məktub banklara göndərilib. Banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirir








