16 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda bu BOKT milli valyutada istiqraz buraxmaq istəyir

Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) milli valyutada istiqraz buraxmaq istəyir.

Bu barədə Report agentliyinə BOKT-dan bildirilib.

Məlumata görə, bu məsələnin ilin sonuna qədər reallaşdırılması və kapital bazarından qapalı üsulla, təxminən, 100 min manat vəsait cəlb edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır. 

Son xəbərlər
Digər xəbərlər