14 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanda bu BOKT-un mənfəəti 2 dəfəyə yaxın azalıb

“Aqrarkredit” QSC Bank olmayan kredit təşkilatı cəmi aktivləri bu il yanvarın 1-nə 13 milyard 517 milyon manat təşkil edib. Bu da, illik müqayisədə 5% azdır.

Banker.az bu barədə “Aqrarkredit” Bank olmayan kredit təşkilatının 2018-ci il 31 dekabr tarixinə olan hesabatına istinad edərək xəbər verir.

Cəmi aktivlərdən 80,658 mln manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin müvafiq dövrüylə müqayisədə bu il BOKT-un kredit portfeli 1% böyüyüb.

2018-ci ildə BOKT-un xalis faiz gəlirləri 15,136 mln manat , xalis qeyri-faiz gəlirləri 2,834 mln manat təşkil edib. Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərərlər üçün ehtiyatlara 1,931 mln manat ayrılıb, bu da əvvəlki ilin analoji dövrüylə müqayisədə 4 dəfə azalıb.

“Aqrarkredit” Bank olmayan kredit təşkilatı 2018-ci ili 211,49 mln manat xalis mənfəət ilə baş vurub. 2017-ci ili isə BOKT 331,06 mln manat xalis mənfəətlə bağlamışdır. Belə ki, bu il “Aqrarkredit” BOKT-un xalis mənfəəti illik müqayisədə 36% və ya 1,6 dəfə azalıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər