“Kredit House” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
Bu barədə BOKT-dan bildirilib.
Məlumata görə, bu, Emin Babayevdir. O, yeni vəzifəsində İracəddin İsmayılovu əvəz edib.
Xatırladaq ki, İ.İsmayılov həm də “Kredit House”un təsisçisidir. Nizamnamə kapitalı 300 min manat olan BOKT 2010-cu ildə fəaliyyətə başlayıb.