9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda bu çıxarışın verilməsi üçün 150 manat rüsum ödəniləcək – Yeni dəyişiklik

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyənləşir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda mazakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər