13 C
Baku
Tuesday, November 25, 2025

Azərbaycanda bu dərmanlar əhaliyə pulsuz veriləcək

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndirilir. Gələn ildən bəzi tibbi xidmətlər və əməliyyatlar da Xidmətlər zərfi çərçivəsində reallaşacaq.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib.

Onun sözlərinə görə, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin də mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələri Xidmətlər zərfinə daxil ediləcək.

Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Bu dərman vasitələrini pasiyentlər Agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər.

Son xəbərlər
Digər xəbərlər