15 C
Baku
Wednesday, April 2, 2025

Azərbaycanda bu dövlət rüsumu ləğv edilir

Daxili karantin sertifikatına görə dövlət rüsumu tutulmayacaq.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Fitosanitar nəzarəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Daxili karantin sertifikatı ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarının fitosanitar vəziyyəti barədə fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada verilən rəsmi sənəddir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər