10 C
Baku
Sunday, January 11, 2026

Azərbaycanda bu evlərə çıxarış almaq mümkün olacaq

Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tikililərə çıxarış almaq mümkün olacaq.

Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.

Ekspert Ramil Osmanlı deyir ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir.

Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımdan problem yaratmırsa və yalnız özbaşına tikilinin ilkin qeydiyyatı aparılırsa, xərclər nisbətən azalır. Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur.

Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir. Ekspert deyir ki, bu ümumilikdə, ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.

Son xəbərlər
Digər xəbərlər