-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bu halda tender qapalı şəkildə keçiriləcək

Məxfi məlumatlarla əlaqəli satınalma zamanı qapalı tender metodu tətbiq ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlərlə əhatə olunmayan satınalma predmeti məxfi məlumatlarla əlaqəli satınalma ilə bağlı olduqda, satınalan təşkilat qapalı tender metodunu tətbiq edə bilər. Məxfi məlumatlarla əlaqəli olmayan və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlərlə əhatə olunmayan ehtiyaclar üçün geyim, əczaçılıq məhsulları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri, habelə əşya, inventar və digər satınalma predmeti üzrə satınalmalar digər satınalma metodlarının tətbiqi ilə keçiriləcək.

Satınalan təşkilat qapalı tender keçirirsə, satınalma komissiyası rəqabəti təmin edəcək kifayət qədər sayda (üçdən az olmamaq şərtilə) təchizatçılara dəvət göndərəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər