Azərbaycanda bu ilin 10 ayı ərzində əlillik təyinatı alanların sayı açıqlanıb.
Bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında məlumat verib.
Nazir müavini qeyd edib ki, bu ilin 10 ayı ərzində 40 mindən çox vətəndaşımız əlillik təyinatı alıb: “Onların 4 mindən artığı müharibə əlilliyi olan şəxslərdir”.