2020-ci ilin doqquz ayı ərzində ölkədə 106.2 min yeni iş yerləri açılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövrdə yaradılmış iş yerlərinin 49.1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 68.3 faizi Bakı şəhərinin, 0.9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların, o cümlədən 9 faizi Aran, 7.5 faizi Lənkəran, 5.4 faizi Gəncə-Qazax, 2.2 faizi Abşeron, 2.2 faizi Dağlıq Şirvan, 1.6 faizi Yuxarı Qarabağ, 1.5 faizi Şəki-Zaqatala, 1.2 faizi Quba-Xaçmaz, 0.2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72.5 faizi mövcud müəssisə və təşkilatlarda, 0.3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21.2 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.